Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

12.10.2022 16:36
4148
karantin azsabah.com
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 950 nəfər müalicə olunaraq sağalıb, hazırda 465 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 518, bu günə qədər isə ümumilikdə 7 280 330 test icra olunub.