Onlara yüksək VƏZİFƏ VERİLDİ - Əmr İMZALANDI

18.06.2020 10:47
358

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.

Loading...

close
close