Onlar DƏHŞƏTLİ problemlə üzləşəcək - ŞOK XƏBƏRDARLIQ

14.12.2023 14:23
456
657ad7c8d674d202312232408

İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-a xəbərdarlıq edib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

İranın müdafiə naziri xəbərdarlıq edib ki, Qırmızı dənizdə gəmi ilə daşınmaları qoruyan, ABŞ-ın dəstəklədiyi çoxmillətli işçi qrupu “fövqəladə problemlərlə” üzləşəcək.

"Bizim üstün olduğumuz bir bölgədə heç kim bir addım ata bilməz. Belə bir ağılsız hərəkət etsələr, fövqəladə problemlərlə üzləşəcəklər" - Aştiani deyib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər İsraillə əlaqəsi olduğunu iddia etdikləri gəmilərə hücum edib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan keçən həftə jurnalistlərə bildirib ki, Vaşinqton Qırmızı dənizdə gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün digər ölkələrlə dəniz işçi qrupu yaratmaq barədə danışıqlar aparır, lakin əlavə təfərrüatlar açıqlamayıb.


Musavat.com