Ölkədə 44 ildən sonra ən dəhşətli istilər qeydə alındı - ŞOK RƏQƏMLƏR

12.08.2021 18:14
8426

Avropanın cənubunda anomal istilər hökm sürür.

AZSABAH.COM-un Trend-ə istinadən məlumatına görə, İtaliyanın Siciliya adasının cənub-şərqində 48,8 dərəcə isti qeydə alınıb.

Bu göstərici Avropa qitəsində qeydə alınmış ən yüksək temperatur olub.

Bundan əvvəl 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada 48 dərəcə, 1999-cu ildə Siciliyada 48,5 dərəcə isti qeydə alınmışdı.

Qeyd olunur ki, anomal istilər, həmçinin İspaniya və Portuqaliyada da davam edir.

Loading...