Ölənlərin sayı yarım MİLYONU ÖTDÜ - Dünya ÇALXALANIR

28.06.2020 09:05
928

Dünyada koronavirusa yoluxma hallarının sayı sutkada 6,4 mindən çox artaraq 10,08 milyonu keçib. Ölənlərin sayı isə yarım milyonu ötüb.

AZSABAH.COM xəbər verir ki, Dünyanı bürüyən koronavirus pandemiyası Bakı vaxtı ilə saat 04:00-a olan statistikaya əsasən, dünya üzrə 500 608 nəfərin həyatına son qoyub.

Son bir sutkada daha 4529 nəfər virusun qurbanı olub.

İndiyədək ən çox ölüm halları ABŞ (128 152), Braziliya (57 103), Böyük Britaniya (43 514), İtaliya (34 716), Fransa (29 778), İspaniya (28 341), Meksika (25 779), Hindistan (16 103), İran (10 364) və Belçikada (9732) qeydə alınıb.

Azərbaycanda isə 193 nəfər koronavirusdan dünyasını dəyişib.

Loading...