Oktay Əsədova YÜKSƏK VƏZİFƏ VERİLDİ

31.08.2022 13:25
4014
Oktay

Azərbaycan Tennis Federasiyasının (ATF) seçki iclası keçirilib.

AZSABAH.COM-un məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə ATF-yə prezident seçilib.

Oqtay Əsədov növbəti 4 il müddətinə də federasiyanın rəhbəri olacaq. Gülməmməd Cavadov isə vitse-prezident seçilib. İcraiyyə Komitəsi üzvləri Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflıdır.