Azsabah.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi bildirib ki, zamanında efirlərdə ailəsi barəsində danışdığı üçün indi peşmanlıq hissi çəkir:
“Bütün efirlərdən, aparıcılardan xahiş etmişəm, ailəmlə bağlı sual verməsinlər. Çünki zamanında bununla bağlı çox zərbələr almışam. Qızımla bağlı suallar verməyin. Oğlum Əli canım, həyatımdır. Əli taksiyə oturanda belə deyir ki, mən Şəbnəm Tovuzlunun oğluyam. Əli böyüdükcə ona da başa salıb deyirəm ki, demə ki, mən Şəbnəmin oğluyam. Bu, pis bir şey deyil. Amma mən nələrisə anlayıb, deyirəm. Atanın adını söylə.
De ki, mən filankəsin (Şəbnəmin həyat yoldaşı Hacı Ramildir – red.) oğluyam. Çünki sən kişisən! Ailə mövzuları haqqında efirlərdə artıq danışmaq istəmirəm. Çünki onu başqa yerlərə yozurlar. Orada yazılan şərhləri oxuyanda isə mənə çox pis təsir edir. Övladlarıma da demişəm ki, ananın adını çöldə deməyin. Atanızın adını çəkin. Məncə, ailə və iki sevən arasında olan məsələlər öz aralarında olsa, daha yaxşıdır.