Oğlu qəfil vəfat edən Nazpəri Dostəliyevadan ÜRƏKDAĞLAYAN SÖZLƏR

22.03.2021 22:42
9060
"Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq”.

AZSABAH.COM xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi: "Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı".
"Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış"..."- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi.
Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.
Loading...