Ödənişli yolda lüks avtomobillə "aftoşluq" edən görün KİM İMİŞ- FOTO / VİDEO

15.02.2024 13:07
520
65cdd4c624abf202402240926

Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda sürət həddini aşan şəxs saxlanılıb.

Azsabah.com bildirir ki, bu barədə DYP məlumat yayıb. Məlumata görə, “Range Rover” markalı 77-ES-777 nömrə nişanlı avtomobili 200 km/saat sürətlə idarə edərək videoya çəkən sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində müvafiq sənədləşmə aparılmışdır:

"Bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək".