O polis düz edib, üzr istəməməli idi

10.06.2020 08:40
683

“Polisin Yasamalda keçirdiyi əməliyyat ətrafında səs-küy yatmır ki yatmır. Cənablar, məgər siz Almaniyada, Britaniyada, Amerikada polisin anti-qlobolistlərlə və solçularla davranışınlarından xəbərsizsiniz? Anlamıram, bu situasiyada cəmiyyəti və sosial şəbəkəni qeyzləndirən nədir? Polisə zibil və butulka atmış şəxslər Azərbaycanda demokratiya və insan haqqları tələb edib? Bəlkə ictimai ədalət istəyib? Bir neçə tərbiyəsiz polisin başına zibil atıb. İnanın, Alman polisi daha qəddar davranardı və düz də edərdi!”.

 

AZSABAH.COM xəbər verir ki, bu fikirləri jurnalist Eynulla Fətullayev qeyd edib.

 

O, sözlərinə belə davam edib:

“Məncə, DİN öz əməkdaşına da cəza verməli deyildi və polis də üzr istəməməli idi. Kiminsə başına zibil atmaq xuliqanlıq və tərbiyəsizlikdir, sosial mədəniyyəti və etikanı pozmaqdır. Bir vaxtlar Sinqapurda insanları saqqızı yerə atmaqdan çəkindirə bilmirdilər. Nə cərimə, nə də sanksiyalar işləmirdi. Dubinkaları işə saldılar, insanlar tezliklə bu zərərli vərdişdən əl çəkdi. İndi Sinqapurun küçələrində saqqızı yerə atan cəsur tapılmaz. Məncə, bu hadisədən sonra heç kim balkondan zibil atmayacaq. Bu qədər bəsit! Bu xanımı yerə çırpıb əzən Alman polisidir, Azərbaycan polisi deyil. Frankfurt şəhəri...

Loading...

close
close