Nostradamus və Vanqadan 2023-cü illə bağlı DƏHŞƏTLİ PROQNOZ: GÖRÜN NƏLƏR OLACAQ

04.01.2023 20:37
8051
63b5ad118e616202301234505

Bir çox insan üçün absurd görünə də, kahinlərin proqnozlarına inananların sayı kifayət qədərdir. Bu səbədəndir ki, bir çox insan yeni il yaxınlaşdıqca onları nəyin gözlədiyini öyrənmək üçün kahinlərin öngörmələrinə baş vururlar.

AZSABAH.COM bildirir ki, Bizim.Media Nostradamus və Vanqa kimi dünyaca məşhur kahinlərin 2023-cü ildə baş verəcəklərlə bağlı nələr dediklərini araşıdırıb:

Nostradamus belə deyirdi...
1503-cü ildə anadan olmuş Nostradamusun kəhanətləri əsrlər boyu gizli qalsa da, 1955-ci ildə Fransada kitab halında nəşr olundu. Kahinin ötən zamanlar üçün dediklərinin əksəriyyətinin reallaşması onu bütün dünyada məşhurlaşdırdı. Belə ki, Nostradamus hələ 4 əsr əvvəldə Adolf Hitlerin yüksəlməsi, Con Kennedinin sui-qəsdi və böyük London yanğının baş verəcəyini təxmin etməyi bacarmışdı
Kahinin 2023-cü il üçün proqnozları isə belədir:
- Qlobal istiləşmə və dəniz canlılarının kütləvi ölümü. Nostradamus 2023-cü ildə dünyada temperaturun daha da artacağını, dəniz səviyyəsinin yüksələcəyini deyib. "Eynən dənizlər kimi günəş də dalğalanacaq. Qara dənizdə yaşayan balıqların hamısı qaynayacaq".
- Böyük Britaniya kraliyyət ailəsini gözləyən təhlükə. Fransız kahin Bekhingem sarayına "göydən gələn daş"ın düşəcəyini yazıb. Amma bunun məcazi mənada deyildiyi təxmin edilir. Şərhçilərə görə, kraliyyətin daxilində baş verəcək qalmaqallar ailənin reputasiyasına ciddi zərbə vuracaq.
- III Dünya Müharibəsi. Nostradamus 2023-cü ildə dünyanı böyük savaşın gözlədiyinin anonsunu verib. Xüsusilə 2022-ci ildə Ukraynada müharibənin başlamsı bu təxminin reallaşması ehtimalını daha da artırıb. Əgər kahinin dedikləri reallaşarsa, Rusiya-Ukrayna müharibəsi dünyada böyük dağıntılara səbəb olacaq dünya savaşına çevrilə bilər.
- Dəccal gəlir. Nostradamus dünyanı bürüyəcək 3-cü böyük savaşın insanlığın məhvinə gətirib çıxaracağı qənaətindədir:
"Dəccal tezliklə onlar məhv edəcək. 27 il davam edəcək müharibədə insanlar öləcək, əsir düşəcək, sürgün ediləcək. Cansız insan bədənləri, qanları suya və torpağa qarışıb yer üzünü bürüyəcək".


Vanqanın qorxulu proqnozları
12 yaşında kor olan Bolqarıstanlı Baba Vanqa 1996-cı ildə dünyasını dəyişsə də, 11 sentyabr hücumları, Böyük Britaniyanın "Brexit"i kimi olayların baş verəcəyini əvvəlcədən demişdi.
Vanqanın 2023-cü il üçün proqnozları öz vahiməsinə görə Nostradamusun dediklərindən heç də geri qalmır:
- Dünya öz oxundan çıxacaq. Vanqa 2023-cü ildə dünyanın hərəkət marşrutunda dəyişikliyin olacağını təxmin edib. Bu dəyişikliyin nəticələri isə faciəvi ola bilər. Çünki yerin hərəkət oxunun çox az dəyişməsi belə ciddi iqlim dəyişikliyi və canlılar üzərində dağıdıcı təsirlərlə nəticələnə bilər.
- Biyoloji silahdan istifadə. Vanqa böyük ölkələrdən birinin insanlar üzərində biloji silahı sınağını keçirəcəyini və bunun minlərlə insanın ölümü ilə nəticələnəcəyini deyib.
- Günəş sunamisi. Bolqar kahinin təxmininə görə, 2023-cü ildə tarix boyu bənzərinə rast gəlinməmiş günəş fırtınalarının olacaq.
- Laboratoriya körpələri. Vanqa 2023-cü ildə təbii yolla doğumlara son qoyulacağını deyirdi. Belə ki, bütün dünyada laboratoriya şəraitində uşaqların dünyaya gəlməsi tendensiya halını alacaq.
- Nüvə fəlakəti. Kahin 2023-cü ildə böyük bir atom elektrik stansiyasında partlayışın olacağı qənaətində idi.