Nigar Şabanova: Ucuz maşınla toya gedəndə yaxşı baxmırlar: Sürdüyümün qiyməti...

10.02.2024 16:12
316
65c768a2c63cc202402241426
Ucuz maşınla toya gedəndə yaxşı baxmırlar: Sürdüyümün qiyməti.



"Sürdüyüm maşının 100 min qiyməti var. 10 ildir avtomobil idarə edirəm. Maşın sürməyi çox sevirəm".


Azsabah.com xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Günə son" verilişində deyib. Xanəndə avtomobilindən danışıb. 


O bildirib ki, ucuz avtomobillə toya gedəndə yaxşı baxmırlar: "Belə atalar sözü var ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Əvvəl fikir vermirdim, indi isə fərqlidir. Ucuz maşınla toya gedəndə yaxşı baxmırlar, deyirlər bu ifa hara, maşın hara. Bir-iki məqam oldu, dedim dəyişəcəyəm maşını. Kənardan görüb izlədiyimi deyirəm. Dedilər, maşınını dəyiş, sənə yaraşmır. Getdiyin tədbirlərə, səsinə maşın yaraşmır".


İfaçının maşınla bağlı dedikləri isə sosial şəbəkədə tənqid edilib.