Nəticə etibarilə ictimai təsiri olmayan bir portal hansı ictimai təsirdən danışır?!

22.06.2020 13:25
389

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə mediasına sızan xüsusi məqsədlərə xidmət edən dırnaqarası media mənsubları, öz şəxsi ambisiyalarını həyata keçirmək üçün sosial şəbəkələrdə müxtəlif adlar altında hesablar açmaqla ictimaiyyətə qəhrəmanlıq nümunəsi nümaiş etdirməyə cəhd göstərdilər. Zaman-zaman bu tipdə media mənsubları və onların yaratdıqları sosial şəbəkə portalları ifşa olunaraq özü-özülüyündə ölkə mediasından tam təcrid olundular. Təcrid olunan belə media mənsublarını əvəzləmək üçün, maraqlarına xidmət edən şəxslər, sosial şəbəkələrdə yeni anti media formalaşdırmağa çalışdılar və qismən də olsa məqsədlərinə nail oldular. Sosial mediada əvəzləyici anti media şəbəkəsi qurmağı bacaranların kor arzuları isə, elə  özlərinin çirkin əməlləri nəticəsində  ürəklərində qalmaqdadır. Bu anti media mənsubları nə qədər səy göstərsələr də bu günə qədər ölkənin qərəzsiz media institutuna xələl gətirməyə nail ola bilməyiblər.

Xalqın gözü tərəzidir!

Azərbaycan ictimaiyyəti hər bir media mənsubunun hansı maraqlara xidmət etdiyini yaxşı bilir.

Dildə dövlət və dövlətçilik, əməldə isə Azərbaycan dövlətinə və dövlətçiliyinə xələl gətirən hərəkətləri ilə bir qrup narazı təbəqənin problemlərindən yararlanaraq onları ətrafına toplayan bu anti media mənsubları, yalnız öz şəxsi arzularına çatmaq üçün, bu şəxsi arzulardan dolayı da maraqlarına xidmət etdikləri şəxslərin məqsədlərinə çatması üçün, sosial şəbəkədə saxta qəhrəmanlıq obrazı yaratmaqla xüsusilə canfəşanlıq göstərirlər.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycan cəmiyyətinə düşmən kəsilən bu anti media mənsublarına dəstək verən bir qrup narazı təbəqənin insanları, özləri də bilmədən, bu anti media mənsublarının şəxsi maraqlarının təmin olunmasına yardımçı  olurlar. Əslində bu narazı təbəqə dətək verməklə anti media dediyimiz mənsubların papulist çıxışlarına aldanaraq, özlərinin üzləşdiyi  problemlərinin həll olunacağına inanırlar. Lakin, bu günə qədər qərəzli olaraq problemlərdən danışan bu anti media mənsublarının papulist çıxışlarının, təqdim etdikləri proqramların, onların problemlərinin həllinə heç bir təsiri olmadığını zərrə belə düşünmədilər və bu gün də düşünmürlər. Əksinə, bir qrup narazı təbəqənin problemlərindən yararlanan bu anti media mənsubları, yaqlnız öz auditoriyasını genişləndirmək və şəxsi həyatlarına çəki-düzəm verməklə, həmçinin maraqlarına xidmət etdikləri şəxslərdən bəhrələnməklə  kifayətlənirlər. Bu sadaladığımız arqumentləri görmək üçün, həmin şəxslərin indiki həyat şəraitini, əvvəlki həyat şəraiti ilə müqayisə etmək, ən azından sürdükləri avtomobilləri diqqətə almaq kifayət edər.

Qeyd edək ki, bu tip anti media mənsublarının arasında elələri də var ki, ikili media siyasəti yürütməklə və ətrafına topladıqları narazı təbəqədən yararlanmaqla, peşə fəaliyyətinə (əgər buna peşə fəaliyyəti demək mümkünsə) şəxsi qazanc mənbəyi kimi baxırlar.  Saxta ictimai qəhrəmanlıq obrazı yaradan bu tiplərin şəxsi qazanc mənbəyi isə, qanunsuz yollarla formalaşan qazanc mənbəyinə söykənir. Yəni bu anti media mənsubları ard-arda eyni rayona gediş-gəliş etməklə, rayonun tanınmış simalarından qərəzli və şantaj tipli məlumatlar yaymaqla, əslində özünün şəxsi maraqlarını təmin etmək niyyətini güdürlər.

Biz bu məqalədə həmin anti medianın bir qolundan danışacağıq və onların əsil simasını Azərbaycan ictimaiyyətinə tanıtdıracağıq. Əgər bəhs etdiyimiz bu anti media qollarının fəaliyyətinə nəzər salsanız, özünüz də görəcəksiniz ki, biz onların haqqında əsil həqiqəti yazırıq.

Belə anti media qollarından biri, facebookda və youtubdə ictimai qəhrəmanlıq sərgiləyən reaksiya tv adlı bir sosial şəbəkə portalıdır ki, son zamanlar həqiqi olmayan niyyətləri ilə bir qrup narazı təbəqənin problemlərindən yararlanaraq öz auditoriyasını genişləndirməyə, bunla da şəxsi maraqlarını təmin etməyə çalışırlar.

Bu adı çəkilən internet portalının Azərbaycanda keçirilən Növbədənkənar Parlament seçkiləri ərəfəsində necə və hansı rayon üzərində fəallaşdığını hamımız yaxşı bilirik.

İddialara görə sözügedən internet portalı və tərəfdaşları Lerik rayonunda olarkən müəyyən şəxslərlə məqsədli söhbətlər aparıblar.  Bu söhbət zamanı istəkləri həyata keçmədiyi üçün anti təbliğat proqramlarını yalnız Lerik rayonu üzərində quracaqlarına qərar veriblər. O vaxtdan bu vaxta qədər qərəzli təbliğatını regionlar arasında yalnız Lerik rayonuna və rayonu təmsil edən deputata həsr edən bu Portal bu gün də əks təbliğatlı qərəzli və məqsədli fəaliyyətini davam etdirir.

Xatirinizdədirsə Reaksiya Tv adlı Portalın rəhbəri Zaur Qəriboğlu canlı yayımların birində Respublikanın bütün regionlarını tərəfdaşı ilə bir-bir gəzəcəklərini, baş verənləri  yayımlayacaqlarını dilə gətirdi.  Bu elandan sonrakı canlı yayımların birində Zaur Qəriboğlu yalnız iki rayonla bağlı bir-iki cümlə işlətməklə kifayətləndi.  Bu günə qədər Lerik rayonundan və deputat İqbal Məmmədovdan başqa heç bir rayonla bağlı geniş proqramlar təqdim etməyib. Heç niyəsini düşündünüzmü?

Cavab çox sadədir, lakin bu məqamlar haqqında növbəti yazımızda geniş məlumat dərc edəcəyik.

Bu məqalədə bizim əsas toxunacağımız bir məqam var, əsasən də onun üzərində dayanmaq istəyirik.

Ötən gün Zaur Qəriboğlu Lerik rayonunu təmsil edən deputat İqbal Məmmədovun Milli Məclisdəki çıxışı ilə bağlı canlı yayımında ictimai təsiri olmayan media ifadəsini dilə gətirdi. Əslində bir qrup narazı  insanlardan yararlanan Zaur Qəriboğlu özüdə bilmədən “ictimai təsiri olmayan media” deməklə  özünə mənsub olan anti medianı  nəzərdə tuturdu.

Bu arqumentimizin detallı analizini açıqlamaq istəyirik.  Hər birimizə məlumdur ki, son zamanlar deputat İqbal Məmmədovun Milli Məclisdəki fəaliyyətini Azərbaycan mediasında hansı saytlar  yayımlayır. O saytların hər biri Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən saytlardır ki, həmin saytlarda hər hansı bir ciddi məlumat yayıldıqda, istər ictimaiyyət tərəfindən, istərsə də Dövlət tərəfindən dərhal reaksiya verilir. Bunun bariz nümunələrini bu məqalədə sadalamaq istəmirik. Bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir.

İndi gələk Zaur Qəriboğlunun rəhbəri və aparıcısı olduğu Reaksiya.az və Reaksiya Tv adlı internet Portalına.

Bu Portal fəaliyyət göstərdiyi vaxtdan bu günə qədər Azərbaycan Respublikasında paytaxtdan tutmuş regionlara qədər bir dəfə oldumu ki, yayımlarında inkişafdan danışsın. Bu Portala görə Azərbaycanda ümumiyyətlə inkişaf yoxdur.

İkinci tərəfdən Azərbaycan Respublikasında Lerik rayonundan başqa bir rayon yoxdurmu? Sizcə, bu Portalın yalnız Lerik rayonundan və deputatından qərəzli şəkildə danışmasının arxasında şəxsi gizli məqamlar durmurmu?  Azərbaycanda elə bir rayon varmı ki, o rayonda insanların xeyrinə ümumiyyətlə heç bir iş görülməsin?

Əlbətdə ki, bu mümkün deyil. İstənilən rayonda görülən işlər də var, görülməyən işlərdə. Medianın qərəzsiz və obyektiv olması reallığa söykənməlidir. Əgər bir rayonda yüzdən otuz faiz müsbət işlər görülübsə, 70 faiz isə görülməyən işlər varsa qərəzsiz media reallığın hər iki tərəfini işıqlandırmalıdır. Əks halda belələrinin qərəzsiz və obyektiv media anlayışını dilə gətirməyə belə haqları yoxdur.

Digər tərəfdən, Zaur Qəriboğlunun canlı yayımlarında uzun müddətdir ki, dilə gətirdiyi  problemlərin hər hansı birinin reallıqda müsbət həll olunduğuna dair bir sübut göstərsin.

Azərbaycan dövlətində təmsil olunan təşkilatları bir kənara qoyub, məqsədyönlü şəkildə hər hansı bir Beynəlxalq təşkilatla əməkdaşlığa can atan, özünü bağlı olduğu dövlətlə deyil, hansısa bir əcnəbi təşkilatla sığortalamağa çalışan, Azərbaycan media məkanında öz sözünü demiş kütləvi informasiya vasitələrinə “ictimai təsiri olmayan media” deyən, bir qrup narazı təbəqədən özünün şəxsi maraqları üçün istifadə edən və əməldə Azərbaycan ictimaiyyətinə deyil, kimlərinsə maraqlarına xidmət edən bir anti media şəbəkəsinin cəmiyyətdən və ictimai media məkanından təcrid olunması labüddür. Onsuz da, zaman-zaman belə anti media şəbəkələri öz əməlləri ilə özlərini ifşa edib Cəmiyyətdən və ictimai media məkanından təcrid olunublar.

Müstəqil Azərbaycan dövlətinin inkişafına xələl gətirən, qərəzli və məqsədyönlü anti media siyasəti yürüdən belə şəxslərə qarşı ciddi tədbirlərin görülməsinin artıq vaxtı çatıb. Düşünürük ki, bu məsələdə Qanunverici orqan Cinayət Qanunvericiliyində  müfvafiq dəyişikliyin edilmsəində xüsusi səy göstərməlidir.

Azad və qərəzsiz mediaya dil uzadan anti media şəbəkəsinin cavabı, Azərbaycan mediası tərəfindən layiqli şəkildə verilməlidir.

Düşünürük ki, “ictimai təsir imkanı olmayan media” anlayışının kimə daha çox yaxın və aid olduğunu bu qısa məqaləmizdə aydınlaşdıra bildik.

Bu mövzu ilə bağlı daha ətraflı münasibətimizi növbəti məqaləmizdə dərc edəcəyik.

Davamı var..!

Loading...

close
close