Netanyahu Rusiyanın mövqeyini tənqid EDİB

12.12.2023 07:30
313
6577d43adc41e202312233210

İsrailin baş naziri Moskvanın BMT və digər beynəlxalq arenalarda tutduğu mövqedən narazılığını ifadə edib. 

AZSABAH.COM Xarici KİV-ə istinadən xəbər verir ki, O, Rusiyanın İranla münasibətlərini də tənqid edib.


Qeyd edək ki, dekabrın 10-da İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki vəziyyətlə bağlı telefon danışığı aparıb. 

İsrail hökumət ofisinin məlumatına görə, söhbətdə Netanyahu Rusiya nümayəndələrinin BMT və digər beynəlxalq arenalarda "anti-İsrail mövqeyindən" narazılığını bildirib. . Bundan başqa, İsrailin baş naziri Rusiya ilə İran arasında “təhlükəli əməkdaşlığı” kəskin tənqid edib.