"Neftçi" ən böyük dayağını itirdi - SON DƏQİQƏ XƏBƏRİ

08.03.2024 15:21
328
65eaf4d780b52202403242159
"Neftçi"nin uğursuz mövsüm keçirməsi "Forza Neftçi"ni sərt qərar verməyə vadar edib.

Klubun ən böyük azarkeş qrupu komandanın növbəti oyunlarında tribunada yer almayacaq.

Fanklub boykot qərarı verib.

Bu barədə "Forza Neftçi"nin "feysbuk"dakı rəsmi hesabından paylaşım edilib.

Bəyanatı olduğu kimi sizə təqdim edirik:

"Diqqət!

Forza Neftçi olaraq, uğrunda hər şeyə razı olduğumuz, bütün fədakarlıqları etdiyimiz - “Neftçi”nin oyunlarını müəyyən müddət və müəyyən formalar çərçivəsində boykot etdiyimizi bəyan edirik.Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-stabil, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdir.

Bundan savayı, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların heç bir dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla deyil, digər məsələlərlə əlaqəli olduğunu göstərir.

Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplanaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb".