Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ: hava kəskin dəyişir

28.05.2020 13:33
539

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

AzSABAH.COM-a nazirlikdən verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Loading...

close
close