Nazirlər Kabineti YENİ QƏRAR VERDİ: 15 gün müddətində... - VİDEO

12.08.2022 00:40
5868
Nazirler kabineti

Azərbaycanda turoperatorların məsuliyyətinin sığortası ilə bağlı işçi qrupu yaradılacaq. Bununla bağlı Nazirlər Kabineti qərar imzalayıb.

AZSABAH.COM xəbər verir ki, qərara əsasən həm daxili, həm də xarici turlar icbari qaydada sığortalanacaq. Ekspertlər hesab edirlər ki, bu rəqabəti və keyfiyyəti artıracaq.

Turistlərin həm daxili, həm də xarici səfərləri icbari qaydada sığortalanacaq. Turizm üzrə ekspert Ruslan Quliyevin sözlərinə görə, indiyə qədər əsasən bu könüllü xarakter daşıyırdı. Buna görə də, bəzi hallarda turagentlərin və turoperatorların diqqətsizliyi səbəbindən turistlər səfərlər zamanı müəyyən məhrumiyyətlərlə qarşılaşırdılar. Artıq belə halların minimum endirilməsi üçün bundan sonra turoperatorların və turagentlərin mülkü məsuliyyəti sığortalanacaq.

Başlıca məqsəd pandemiya dövründə zəifləyən səfər sığortasının post-pandemiya dönəmində yenidən aktivləşdirilməsi və səyahət zamanı ortaya çıxan gözlənilməz halların sığortalanmasıdır. Bu həm də bazarda rəqabətliliyi də artıracaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu barədə məlumatlar 15 gün müddətində turizm reyestrinə daxil etməlidirlər.