Nazirlər Kabineti MÜHÜM DƏYİŞİKLİK ETDİ: 1 sentyabradək UZADILDI

02.07.2020 16:58
1033

Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb. 

AZSABAH.COM xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlarınn  idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.

Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

Loading...

close
close