Nazirlər Kabineti İMZALADI: BU QAYDALAR DƏYİŞDİ

21.09.2020 20:28
817

Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib. 

AZSABAH.COM-un məlumatına görə, qüvvədə olan Qaydalara əsasən, ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilib. 

Dəyişikliyə əsasən, artıq müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmayacaq. Bundan sonra Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

Loading...

close
close