Nazir Şeyxin oğlunu İŞDƏN ÇIXARDI - FOTO

18.05.2023 10:49
5364
Sahil
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlunu işdən çıxarıb.AZSABAH.COM Manşet.az-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi(kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub. O, saytımıza açıqlamasında məlumatı təsdiq edib: "Elə şərait yaratdılar ki, mən də nazirin adına ərizə yazaraq işdən çıxdım. 16 ildir ki, nazirliyin müxtəlif strukturlarında bir sıra vəzifələrdə çalışmışam".

Qeyd edək ki, Babək Mahmudov Xalq artisti Əbdül Mahmudovun(Şeyx Əbdül)oğludur.