Naxçıvanda NƏLƏR BAŞ VERİR? - Məclis təcili toplandı, mandatlar LƏĞV EDİLİR

21.12.2022 11:31
2756
638b970cdbe24202212223556
AZSABAH.COM xəbər verir ki, Manset az-ın əldə etdiyi məlumata görə Ali Məclisin iclasında iki deputatın mandatının ləğv olunacağı gözlənilir. Bunlar Seymur Talıbov və Zəbur Bağırovdur.

Bildirək ki, Naxçıvanda keçirilən əməliyyatlarla bağlı Naxçıvan Mərkəzi Xəstəxanasının baş həkimi, deputat Zəbur Bağırovun istintaqa cəlb olunduğu bildirilir.


***

Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.

AZSABAH.COM xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iclasa Muxtar Respublikanın heç bir naziri dəvət almayıb.

İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.