Naxçıvanda nə baş verir? - General AÇIQLADI

23.11.2022 18:13
4993
Naxcivan
Xəbər yayıldığı kimi, DTX Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Yayılan məlumatda saxlanılanların olduğu bildirilir. 

AZSABAH.COM xəbər verir ki, məsələ ilə bağlı, Manset.az Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general Səbuhi Novruzovdan açıqlama alıb. 

O, saytımıza açıqlamasında komitədə əməliyyat keçirildiyini inkar etməyib.

"Məncə orda elə bir problem yoxdur. Mən hal-hazırda məzuniyyətdəyəm, ümumiyyətlə Naxçıvanda deyiləm. Amma sədr yerindədir. Həmin vaxt işdə olub. Saxlanılanların olub olmadığı ilə bağlı məlumatım yoxdur."

Qeyd edək ki, Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun yeznəsidir.