Musa Qasımlı TARİXİ FAKTLARI AÇDI: Orada erməni adı və ifadəsi yoxdur

10.07.2020 21:47
633

Cənab Prezident İlham Əliyev ölkə telekanallarına verdiyi müsahibədə ermənilərin Cənubi Qafqaza gətirilməsi, əsassız erməni iddiaları, Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinə dair söylədikləri ən mötəbər tarixi mənbələrə əsaslanır. Eyni zamanda işğalçı ölkənin bütün mahiyyətini açıb ortaya qoyur.

AZSABAH.COM xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat bildirib ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyillər: “Onlar çar Rusiyası tərəfindən XIX əsrin birinci yarısında məqsədli şəkildə köçürülərək, Cənubi Qafqazda, Azərbaycan torpaqlarında yerləşdiriliblər, azərbaycanlıların hesabına varlanıblar, böhranlı anlarda azərbaycanlıları sıxışdırıblar. Başlıca məqsədləri tarixdə olmayan “Böyük Ermənistan” qurmaq üçün ərazilər əldə etmək olub”.

Onun sözlərinə görə, Ermənistanda irqçilik, terror dövlət siyasəti olaraq qəbul edilir: “Ermənistanda 1920-ci ilin noyabrında kommunistlər hakimiyyət başına gəlsə də, onlar başqa formalarla daşnak siyasətini davam etdiriblər. Xaricdə olan erməni təşkilatları həm Azərbaycana, həm Gürcüstana, həm də Türkiyəyə qarşı ərazi iddialarını davam etdiriblər”.

Musa Qasımlı söyləyib ki, Kürəkçay müqaviləsini imzalayanlar Azərbaycan xadimləri və çar Rusiyasının nümayəndələridir: “Müqavilənin altında və mətnində erməni adı və ifadəsi yoxdur. Əgər Qarabağ erməni torpağı idisə, çar Rusiyası tərəfindən işğal edilib birləşdiriləndə rəsmi sənəddə erməninin də adı olardı. Amma bu yoxdur”.

Millət vəkili diqqətə çatdırıb ki, ölkə başçısının fikirləri tarixi gerçəklikləri özündə əks etdirir: “Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib. Azərbaycan ərazilərini işğal edib və bu işğalın gedişində soyqırımı həyata keçirib. Bu gün Ermənistanda terror, soyqırımı, irqçilik dövlət siyasətidir. Ermənistanın təməlində də məhz terror, irqçilik, soyqırımı dayanır. İndiki Ermənistan hakimiyyəti də həmin ənənəni davam etdirir”.

Musa Qasımlı əlavə edib ki, Ermənistanda hansı siyasi qüvvə hakimiyyət başına gəlirsə, gəlsin bu ənənəni pozmur: “Çünki terror, irqçilik, soyqırımı Ermənistanda, erməni xalqının təbiətindən və ənənəsindən irəli gəlir”.

Loading...

close
close