Musa Qasımlı seçiciləri ilə görüşdü - FOTO

25.09.2020 16:57
526

Millət vəkili, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq Institutunun direktoru Musa Qasımlı Yardımlıda seçiciləri ilə növbəti görüşünü keçirib. 

AZSABAH.COM xəbər verir ki, görkəmli alim görüşlə bağlı bunları yazıb: "Bu gün Yardımlıda ofisimdə karantin rejiminin tələblərinə ciddi riayət etməklə bir neçə nəfər seçici ilə görüşüb istəklərini dinlədim. Vətəndaşlar rayonda qaz, su və yol məsələlərinin həllinin sürətləndirilməsinə köməklik göstərməyi xahiş etdilər. Görüşdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Xamiyevin də iştirak edirdi. Daha sonra rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdim və ayaqüstü bir neçə sakinlə görüşdüm. İnsanlar cənab Prezidentimiz İlham Əliyevin bu  şəraitdən çıxmaqdan ötrü qəbul etdiyi qərarları bəyəndiklərini bildirdilər. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, şəhər küçələrinin təmirinin davam etdirilməsini görmək də xoş oldu".


Loading...

close
close