Musa Musayev: "Camaatın arvadını, qızını yox, öz arvadımı qucağıma almışam, yaxşı eləmişəm"

18.02.2024 11:22
536
65d1b04e86091202402242254

Ötən gün sosial mediada müğənni Musa Musayev və Təranə Qumralla bağlı paylaşılan video müzakirələrə səbəb olub.

 

Pravda.az Big.az-a istinadən xəbər verir ki, sözügedən video insanlar tərəfindən qınanılıb.

 

Bununla bağlı olaraq Təranə Qumral "Rəngarəng səhər" verilişində açıqlama verib.

 

O bildirib ki, həmin hadisə planlaşdırılmış deyildi.

 

"Musa məni qucağına götürəndə xəbərim yox idi. İndi mod düşüb, görürəm aparıcı müğənnini qucağına alıb. Ayıb da olmasın bu kişi mənim neçə illik qocamdır, yoldaşımdır bəs siz niyə Musadan öyrənib xalqın yoldaşını qaldırırsız?"

 

Təranə xanımın sözləri ilə razılaşan Musa bəy "Camaatın arvadını, qızını yox, öz arvadımı qucağıma almışam, yaxşı eləmişəm",- deyib.