Murad Dadaşov: "İndi ifaçılar efirə çıxmaq üçün pul istəyirlər"

30.10.2023 15:54
208
653f998e8a6c7202310235454

"İndi ifaçılar efirə çıxmaq üçün əksər hallarda bizdən pul tələb edirlər".

AZSABAH.COM report-a istinadən xəbər verir ki, bunu Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, televiziya kanalının əsas gəliri reytinqdəndir: "Mən açıq deyirəm ki, əvvəllər ifaçılar efirə çıxmaq istəyəndə ödəniş təklif edirdilər, ancaq indi ifaçılar əksər hallarda bizdən pul tələb edirlər. Biz bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu "Xəzər TV"nin 600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, maarifləndirməliyik. Amma tələb olunan, insanların baxmaq istədiyi təəssüf ki, bu deyil. Bəli, deyirəm ki, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram onlara heç kim baxmayacaq".

AZSABAH.COM