Murad Dadaşov əl çalanda qolu çıxıb? – Açıqlama verdi...

08.02.2024 15:57
804
65c4c21708666202402245919

Azərbaycan Respublikasının Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovla bağlı sosial şəbəkələrdə ildırım sürətilə yayılmış xəbər böyük səs-küy yaradıb.

Mənbəyi göstərilməyən paylaşımlarda iddia olunur ki, guya Murad Dadaşov ötən gün prezident seçkilərinin nəticələri elan olunduqdan sonra sevincini alqışlarla ifadə edərkən qolu çıxıb.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Murad Dadaşov sosial şəbəkələrdə yayılmış xəbərləri təkzib edib:

“Sosial şəbəkələrdə haqqımda yayılan xəbərlərin heç bir əsası yoxdur, boş məlumatdır. Hər şey əladır. Sizə və əzizlərinizə can sağlığı və gözəl əhval-ruhiyyə arzulayıram. Maraqlandığınız üçün də təşəkkür edirəm”