Müğənni Hissin mahnısını imtahan sualına saldılar - FOTO

01.11.2023 17:14
443
65424f3a2fa60202311231434

Azərbaycanda abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alıb.

AZSABAH.COM Ölkə.Az-a istinadən xəbər verir ki, söhbət özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanından gedir.

Sualda Hissin "Mars" adlı mahnısındakı "mahnılarım qızıldır, paslanmır" sözləri yer alıb.

Sözügedən sual bəzi valideynlərin marağına səbəb olub. Onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilmədiyini bildirirlər.

Qeyd olunur ki, sözügedən suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb və bu cür suallar digər tədris mərkəzlərinin də imtahanına salınıb.

AZSABAH.COM

Məqaləyə dair fotomateriallar: