Müğənni gecə saat 3-də ərinin telefonuna gələn mesajı görəndə ŞOK OLDU - Ona sevgi mesajı yazan...

10.02.2024 08:16
481
65c6f8ac291bc202402241644
Müğənni Arzu Qarabağlı həyat yoldaşından günlərdir ayrı yaşamasının səbəbi ilə bağlı "Rəngarəng səhər"də danışıb.

Azsabah.com Titul.az-a istinadla xəbər verir ki, xanım müğənni həyat yoldaşının telefonuna gecə saatlarında gələn mesajların münasibətlərindəki soyuqluğa səbəb olduğunu bildirib.

Arzu bunları deyib: "Gecə saat 2-3. Telefonuna mesaj gəlir, özü də kimin tərəfindən gəlir... Hər birimizin tanıdığı bir xanım müğənnidən! Gecənin o vaxtı mənim həyat yoldaşıma sevgi mesajı yazır. Mən o xanım müğənninin adını bir gün mütləq açıqlayacam. Özü də mənimlə hər zaman münasibəti yaxşı olub. Buradan ona səslənirəm ki, sənə çox ayıb olsun".