Müdafiə Nazirliyindən Ermənistanla bağlı SƏRT AÇIQLAMA

09.06.2020 20:31
540

David Tonoyanın Ermənistan ordusu barədə səsləndirdiyi “konsepsiya” absurddur.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri David Tonoyanın Ermənistanda ordu quruculuğu konsepsiyasına dair çıxışı ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Ermənistan müdafiə naziri David Tonoyanın “ordu quruculuğu konsepsiyasına dair” fikirlərinə münasibət bildirərkən ilk növbədə qeyd etmək lazımdır ki, bu, son günlər Ermənistanda yüksək vəzifəli hərbçilərin tutduqları postlardan azad edilməsi fonunda onun öz kreslosunu qoruyub saxlamaq üçün atdığı populist addımdır. Xarici dövlət borcunun dövlət büdcəsini üstələdiyi, iqtisadiyyatının isə xarici ianələr və “marafonlar”dan əldə olunan vəsaitlər hesabına formalaşdığı bir ölkənin müdafiə nazirinin bu cür çıxış etməsi absurddur.

Belə ki, D.Tonoyanın səsləndirdiyi fikirlərin Ermənistan miqyasında praktiki olaraq həyata keçirilməsi mümkün deyil. Buna nə Ermənistanın iqtisadiyyatı, nə də hərbi potensialı imkan verir.

Ermənistanın müdafiə nazirinin daxili auditoriyaya ünvanlanmış bu fikirləri müxtəlif xarici hərbi-strateji əsərlərdən götürülmüş nəzəri fərziyyələrdən başqa bir şey deyil.

D.Tonoyanın çıxışında diqqət çəkən məqamlardan biri isə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda, qoşunların təmas xəttində yerləşdirilməsi barədə etirafıdır ki, bu da Ermənistanın işğalçı ölkə olduğunu bir daha rəsmi şəkildə təsdiq edir.

Loading...

close
close