Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI: Gecə saatlarında...

18.10.2022 09:53
2746
Ordumuz
Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən bildirilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.