AZSABAH.COM-a bununla bağlı Müdafiə Nazirliyindən bildirilib.
“Bu şəxsin Hərbi Hava Qüvvələrimiz (HHQ) haqqında səsləndirdiyi fikirlər tam əsassızdır, yalan və iftiradan başqa bir şey deyildir. Onun bu fikirlərini təxribat və qəsdən Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək cəhdləri kimi qiymətləndiririk. Səbuhi Abdullayevin həqiqəti əks etdirməyən və məsuliyyətsiz ittihamları ilə bağlı HHQ-nin komandanlığı onun barəsində məhkəmə-hüquq müstəvisində müvafiq tədbirlər görəcəkdir”, - qeyd olunub.