Namiq Islamzade

Müdafiə nazirinə yeni müavin təyin olundu - RƏSMİ

07 Oktyabr 2024
180

General-leytenant Namiq İslamzadənin müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunması rəsmiləşib.

Bu barədə Azsabah.com-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, o, bu vəzifədə Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovu əvəzləyib. R.Tahirov iki ay öncə yaş həddi ilə əlaqədar xidmətdən azad edilib. /sfera.az