Mübariz Mənsimovla bağlı YENİ XƏBƏR: 15 sentyabrda...

17.06.2020 23:09
521

“Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib.

 

AZSABAH.COM xəbər verir ki, bunu "Palmali"nin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva açıqlayıb.

 

O, məhkəmənin bu ilin sentyabr ayının 15-nə təyin edildiyini bildirib: "Türkiyə qanunları qarşısında boynumuz ipdən də incədir. Nəticədə son sözü uca türk ədaləti deyəcək. "Palmali” olaraq uca Türk ədalətinə güvənir və inanırıq!”.

Loading...

close
close