Müavinət və təqaüd alanların NƏZƏRİNƏ - ƏƏSMN AÇIQLAMA YAYDI

26.01.2024 20:30
494
Pensiya

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi başa çatdırılıb.

Bu barədə Gundem.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, bundan əvvəl – yanvarın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin yanvar ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.