Model Elgizi aldadaraq pulunu alıb qaçdı

26.10.2023 16:26
1260
653a5b043555a202310232644

Xəbər verdiyimiz kimi, bir vaxtlar şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.

AZSABAH.COM axşam.az-a istinadən bildirir ki, aparıcı Elgiz Əkbər proqramına qatılan qadına kömək üçün Təhminəni tapıb efirə gətirib. O, Təhminəni reabilitasiya mərkəzinə yollayaraq, sağalmasına çalışıb. Elgiz "Elgizlə izlə" verilişində bildirib ki, Təhminə onu aldadaraq pul alıb və qaçıb:

"İngilis həyat yoldaşı uşağı üçün ona pul göndərir, amma o, başqa yerə xərcləyir. Sonuncu dəfə ona 250 min manat pul göndərib. Hər ay isə 3 min manat göndərir ki, uşağa xərcləsin.

Qızı bahalı reabilitasiya mərkəzinə danışdıq. Gəldi ki, 50 manat borcum var, ver, gedib ödəyim. Balasının canına and içdi. Məni sosial şəbəkədə tənqid edirlər ki, narkotik aludəçisinə güvəndiniz. Yalançını evinə qədər qovarlar. İki uşağı var. Biri xəstədir.

İndi mənim verdiyim pulu götürüb getdi. Hamımızı aldatdı. Yenə də onu küçələrdə görəcəksiniz. İngilis dili bildiyi üçün ancaq xaricilərdən pul istəyir. Bir nəfər var ondan istifadə edir. Pul alır gedib onu nəyəsə xərcləyirlər. Bundan sonra ona heç bir yardım etməyəcəyik".

Qeyd edək ki, Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlamışdı. 

AZSABAH.COM