MN döyüşlərlə bağlı MƏLUMAT YAYDI, düşmən texnikası məhv edilir - Ölən və yaralanan var

27.09.2020 10:54
1075

Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlə qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu yerləşən zonalarda yerləşə Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif müxtəlif çaplı artillerreya qurğularından atəşə tutulub.

AZSABAH.COM-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

A.Eyvazov bildirib ki, düşmən tərəfi Tərtər rayonunun qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, füzuli rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutması nəticəsində mülki əhali arasında həlak olan və yarlanan var: “Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan silahlı qüvaəlrinin atəş nöqtələri susdurulub. Mülki əlahtinin təhlükəsizliyini qorumaq üçün qoşunların əks-hücum əməliyyatına başdaması barədə qərar verilib.

Ermənistan silahlı qüvvələrinin ön xətdə və cəbhənin dərinliyində yerləşən obyektləri məhv edilib. Azərbaycan ordusunun bir döyüş helikopteri zədələnib, helikopter öz ərazimizə endirilib. Qloşunlarımız sürətli əks-hücum əməliyyatlarını davam etdirir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi qeyd edib ki, sosial şəbəkə istifadəçiləri rəsmi olmayan, dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.

Loading...

close
close