Misir mediasında Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

09.08.2023 11:21
1152
64d379a80d2e2202308233400

Misirin “Rayetmısr”, “Alqraralaraby”, Elalmelaraby”, “Axbarelnaselyoum”, “Alrayes” mətbuat orqanlarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.

AZSABAH.COM xəbər verir ki, Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun müəllifi olduğu “Ulu Öndərin xüsusi diqqət yetirdiyi Misir Ərəb Respublikası: münasibətlərin qurulması və inkişafı” sərlövhəli məqalədə Misir-Azərbaycan münasibətlərinin qurulması və inkişafında Ümummilli Liderin rolundan bəhs olunub.

Məqalədə yaxın tarixə ekskurs edilib və əlaqələrimizin inkişafında faktlara geniş yer verilib. Müəllif dost ölkə olan Misirin həm ölkəmizin ərazilərinin işğalı dönəmində, həm də Qələbədən sonrakı dövrdə Azərbaycana verdiyi siyasi dəstəyi vurğulayıb. O vurğulayıb ki, Qahirə ilə əlaqələrin inkişafı sahəsində Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin bu il Azərbaycana etdiyi səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub.