Minsk qrupundan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: BU GÜN...

16.02.2021 22:44
13226

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) Azərbaycan və Ermənistan Xarici işlər nazirləri ilə videokonfrans formatda keçirdikləri görüşlə bağlı bəyanat yayıblar.

AZSABAH.COM xəbər verir ki, fevralın 16-da həmsədrlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla videokonfrans formatında danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə bağlı uzun və əsaslı fikir mübadiləsi aparıblar.

Loading...