Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev PUL AYIRDI

06.09.2021 16:45
8914

Prezident İlham Əliyev Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AZSABAH.COM-un məlumatına görə, sərəncama əsasən, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sıra №-si

Rayonun adı

Quyuların sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

1.

Ağdaş

1

Xınaxlı kəndi

592

2.

Ağsu

1

Axundlu kəndi

234

3.

İsmayıllı

5

Çərmədil kəndi

85

Qarakolluq kəndi

253

Qoşakənd kəndi

676

Uştal kəndi

529

Vəng kəndi

436

4.

Qəbələ

4

Böyük Əmili kəndi

1365

Həzrə kəndi

455

İmamlı kəndi

518

Nohurqışlaq kəndi

3554

5.

Qobustan

2

Ərəbşalbaş kəndi

4925

Qobustan şəhəri

9407

6.

Oğuz

5

Calut kəndi

1058

Muxas kəndi

1263

Oğuz şəhəri

7511

Padar kəndi

2563

Sincan kəndi

1682

7.

Şamaxı

2

Hacılı kəndi

427

Şirvan kəndi

483

Cəmi:

20

20

Loading...