“Ailə həyatı qurmağı hələ ki istəmirəm. 27 yaşım var. Qismət".
AZSABAH.COM xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn ARB TV-nin “Hüseynova bacıları” verilişində deyib.
İfaçı evlənmək istəməmə səbəbinə aydınlıq gətirib: “İndiki oğlanlar da nədənsə evlənmək istəmirlər. Gəzib-tozmaq, gün keçirmək istəyirlər. Ona görə heç bir oğlanı yaxına buraxmaq istəmirəm. Əyləniləcək qadın yox, evləniləcək qadın olmaq istəyirəm. Hələ də gözləyirəm”.