Milli Şuranın xainlərlə əməkdaşlığının "sirri"

02.07.2020 15:18
3575

25.06.2020

Yəqin ki, bu yaxınlarda Milli Şuradan baş verən ardıcıl istefalar yadınızdadır. Əvvəlcə kinodramaturq Eldəniz Quliyev, VHP Ali Məclisinin sədri Rafiq Manaflı, hüquqşünas Namizəd Səfərov bu qurumdan istefa verdilər. Bir neçə gündən sonra isə  AİP-in sədr müavini Rövşən Əhmədli və Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şurandan getdilər. Səbəb isə bəlli olduğu kimi, LGBT məsələsi idi.

Təbii ki, bu yazıda bundan bəhs etməyəcəyik. Mövzu KİV-də xeyli işıqlandırılıb. Bunu xatırlatmaqda məqsədimiz başqadır. Məsələ burasındadır ki, istefa verən bu şəxslərin bəziləri zaman-zaman xarici kəşfiyyatla işbirliyində ittiham olunublar. Mətbuatda onların iranmeyilli şəxslər olduğu dəfələrlə vurğulanıb. 

Göründüyü kimi, kimlə bir arada olmaq məsələsi Milli Şura rəhbərliyinin - konkret olaraq, Cəmil Həsənli və Əli Kərimlinin umurunda da deyil. Onlar bu məsələdə prinsipiallıq deyil, əksinə zaman-zaman prinsipsizlik göstərirlər. Yəni bu gün islamçılar, İrana bağlı qüvvələr güclüdürsə, onlarla bir yerdə olurlar, sabah Qərb LGBT məsələsi ilə bağlı hansısa sifarişlər verir, Milli Şura onu canla-başla yerinə yetirir. Belə məqamda islamçılar, irançılarla  LGBT-çilərin yollarının ayrılması tam təbiidir. Amma bu hələ hamısı deyil. 

Milli Şura eləcə də Azərbaycan dövlətçiliyi və ərazi bütövlüyünün əleyhinə olan, Avropa ölkələri xüsusi xidmət orqanlarının təsiri altına düşən, Ermənistanın xüsusi xidmət orqanları ilə belə bir araya gəlməkdən çəkinməyən separatçılarla əməkdaşlıq etməkdən, xaricdən birgə qrantlar almaqdan çəkinmir. 

Özü də bu yeni hadisə deyil. Milli Şuranın Azərbaycanda vətən xaini kimi tanınan şəxsləri öz sıralarına cəlb etməsi, onlarla yaxından əməkdaşlıq etməsi illərdir ki, davam edir. Gəlin, bu barədə bir az konkret danışaq.

Milli Şuranın Azərbaycan dövlətçiliyinə qarşı çıxan, uzun illərdir Avropada dövlətimiz əleyhinə fəaliyyət şəxslərlə işbirliyindən danışarkən, ilk növbədə yada bu qurumun Avropada əsas dayaqlarından biri olan Ataxan Əbilov düşür. Kimdir bu zat? Ataxan Əbilov Hollandiyada yaşayan, Azərbaycanda isə separatçı kimi tanınan bir şəxsdir. O, Əli Kərimlinin dostu və tələbə yoldaşıdır. KİV-də yayılan məlumatlara görə, vaxtilə Hollandiyada "Oyan” adında hərəkat yaradan Ataxan Əbilov bu hərəkat vasitəsilə Avropa fondlarından 350 min avro alıb və bunu Milli Şura rəhbərliyi ilə birlikdə Azərbaycan əleyhinə təbliğata yönəldib.

29 iyun 1965-ci ildə Masallı rayonunun Kubin kəndində anadan olan Ataxan Əbilovun Hollandiyada  mühacirliyi necə alması da şübhəlidir. Daha dəqiqi, Kanadada yaşayan azərbaynaclı mühacirlərin dediyinə görə,  Ataxan Əbilov Hollandiyadakı məhkəmə prosesində Azərbaycan türkləri əleyhinə iddi qaldırıb, talış olduğuna görə guya Azərbaycanda sıxışdırıldığını bildirib və bu yolla özünü necə deyərlər, siyasi mühacirlər listəsinə dürtə bilib. 

Amma bu onun tam bioqrafiyası deyil. O, 1992-ci ildə talış separatçıları tərəfindən yaradılanAzərbaycan Xalqlarının Bərabərliyi Partiyasının fəal üzvlərindən olub. Separatçı fəaliyyətinə görə 90-cı illərdə hüquq müəllimi işlədiyi BDU-dan qovulub. Əbilov  Azərbaycanın ərazı bütövlüyünü xaincəsinə parçalamaga çalışan, Əlikram Hümbətov tərəfindən yaradılan,  qondarma Taliş Muğan Respublikasının konstitusiya komissiyasının sədri olub. Eyni zamanda, Hümbətovun müavini də olub.

Əbilov Azərbaycanı tərk etdikdən sonra bir müddət Moskvada yaşayıb. 14 yanvar 2009-cu ildə isə Hollandiyaya mühacirət edib. Hazırda Amsterdam şəhərində yaşayır. Eyni şəhərdə yaşayan separatçı Hümmətovlarla yenə də yaxın əlaqələrə malikdir. Əli Kərimlinin separatçı Ataxan Əbilovu 50 illiyi ilə bağlı təbrik etməsi, hətta bu təbriki "Azadlıq” qəzeti və eyni adda saytda yaymasının da Azrbaycanda millətçilərin qəzəbinə səbəb olduğu yəqin ki, çoxunuzun yadındadır.

A.Əbilovla bağlı faktlar saysız-hesabsızdır. Belə ki, onun sağ əli sayılan, Avropada yaşayan, özünü Milli Şura və AXCP-çi sayan Vüqar Niftəliyev adlı birinin iki gənclə türk bayrağını ayaqları altına salaraq, foto çəkdirib facebookda paylaşdığı da uzun müddət müzakirə olundu.

Başqa bir fakt. Ataxan Əbilov 04.04.2016-cı il tarixdə “voskanapat.info” erməni saytına müsahibəsində 2016-cı ilin aprel ayı ərzində cəbhə bölgəsində baş vermiş silahlı münaqişələrdən Azərbaycan tərəfinin daha çox ziyan çəkəcəyinə demişdi. O, bunu onunla əsaslandırmışdı ki, guya Azərbaycanın hakimiyyət orqanlarında çalışan yüksək vəzifəli bəzi məmurlar və millət vəkilləri çıxışları zamanı Azərbaycan torpaqlarının türklərə məxsus olduğuna dair fikirlər söyləyib. Erməni saytına müsahibə verən Əbilov iddia edib ki, guya bu cür fikirlər Azərbaycanda yaşayan milli azlıqları, xüsusən də talışları qəzəbləndirib...

Əbilov bu gün də sosial şəbəkələr vasitəsilə aktiv anti-Aazərbaycan təbliğatı aparır.  Ataxan Əbilovun çevrəsində separatizmi qızışdıran və Azərbaycana qarşı düşmən mövqedə olan "azərbaycanlılar" da var. Onlardan biri də Seyran Rəfiyevdir. Rəfiyev Əbilovun ən yaxın adamlarındandır. Əsas fəaliyyəti Azərbaycana qarşı yönələn bu adam hər fürsətdə guya talışların Azərbaycanda sıxışdırılaraq təzyiqlərə məruz qaldığını deyir. S.Rəfiyev də Əli Kərimli və onun Avropadakı "silahdaşları" ilə canbir qəlbdədir. 

Ermənilərə satılmış Ələkrəm Hümmətovla, Fəxrəddin Abbaszadə ilə yaxın münasibətlərdə olan Əbilovun  Milli Şurada bu qədər yüksək dəyərləndirilməsinin səbəbi də bəllidir. Ortaq maraqlar, Avropadan qrantlar qoparmaq. Bu bir daha onu sübut edir ki, Milli Şura rəhbərliyi üçün vətənpərvərlik, millət, dövlət kimi anlayışlar heç bir əhəmiyyət kəsb etmir. Onlar maliyyə əldə etmək üçün irançılarla da, LGBT təəssübkeşləri ilə də, ermənilərlə əməkdaşlıq edən xainlərlə də əməkdaşlığa gedirlər.

Loading...

close
close