Milli Qəhrəmanın qızı: "Ölkəmə atam qədər faydalı olmaq

18.03.2024 11:42
605
65f7f0691b53c202403244233
"Bakalavr təhsilini xaricdə almaq istəyirdim. Lakin maliyyə baxımından bunu reallaşdırmaq mümkün deyildi. Atam o vaxt mənə söz verdi ki, səni magistratura təhsili üçün mütləq xaricə göndərəcəyəm. Ailəmə yük olmaq istəmirdim, bunun çətinliyini də anlayırdım. Atam isə deyirdi ki, "ürəyini buz kimi saxla, atan həll edəcək”. Bakalavrı bitirəndə xaricdə təhsil üçün dövlət proqramı elan edildi və atamla arzumuz reallaşdı. İnanıram ki, atam yenə də yanımda idi və bu məsələni o həll etdi. Çünki mən bütün çətin anlarımda onun varlığını möcüzəvi şəkildə hiss edirəm”. Bu sözlər Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevaya aiddir. O, İngiltərənin nüfuzlu universitetlərindən olan "Warwick Business School”un magistr pilləsini uğurla başa vurub və vətənə qayıdıb. Təhsili, uğurları, bu yolda çətinlikləri, məqsədləri ilə bağlı hər addımda atasına layiq övlad olmağa çalışan şəhid qızı ilə söhbətləşdik. "Kaspi” qəzetinin əməkdaşının Gülnarə Mirzəyeva ilə söhbətini təqdim edirik. "Humanitar fənləri bəzən valideynlərim oxuyur, mən dinləyirdim” Hərbçi ailəsində böyüdüyü üçün üç məktəb dəyişib. Orta təhsilinə Naxçıvanda başlayıb, Beyləqanda davam edib, Bakıda bitirib. Ali təhsilini isə Azərbaycan Memarlıq və İnşaat