Millət vəkilindən Ermənilərina TƏRS ŞİLLƏ - Tarixi faktlar

04.06.2020 21:28
223

"Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışından sonra bir qrup idmançı ilə görüşündə çıxışı tarixi gerçəklikləri olduğu kimi əks etdirir. İndiki Ermənistan adlanan dövlət tarixi Azərbaycan torpaqlarında yaradılıb, İrəvan da paytaxt olaraq ermənilərə güzəştə gedilib. Ərazinin Azərbaycan xalqına məxsus olduğuna dair tarixi itirmək üçün zaman-zaman toponimlər Ermənistanda rəsmi qərarlar əsasında dəyişdirilib. Toponimlərin dəyişdirilməsinə gedən yol bu cür olub. Ermənilər xarici ölkələrdən gətirilərək azərbaycanlılara məxsus torpaqlara və yaşayış məntəqələrinə yerləşdirilib, onların hesabına varlanıblar, tədricən yerli əhali sıxışdırılıb və deportasiya edilib, sonra isə rəsmi qərarlarla toponimlər dəyişdirilərək erməniləşdirilib. Ermənistanın rəsmi hakimiyyət qurumlarının sənədləri və faktlar deyilənləri təsdiq edir".
AZSABAH.COM xəbər verir ki, bu sözləri müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Görkəmli alim bildirib ki, Ermənistan SSR ali soveti rəyasət heyətinin 1935-ci il 3 yanvar tarixli fərmanı ilə 29 rayonda azərbaycanlılara məxsus olan 72 yaşayış məntəqəsinin, 1939-cu ilədək 100, 1940-cı ildə 30 azərbaycanlı yaşayış yerinin adı dəyişdirilib. 1941-ci ilin iyun ayında müharibə başladıqdan sonra bu işdə fasilə yaranıb. 1945-ci ildə xarici ölkələrdən ermənilərin Ermənistana gətirilib azərbaycanlılara məxsus yaşayış yerlərinə yerləşdirilməsi nəticəsində 30-dan çox toponim dəyişdirilib. Ermənilərin xaricdən gətirilməsi davam etdirilib. Ermənistan SSR ali soveti rəyasət heyətinin 1946-cı il 10 sentyabr tarixli fərmanı ilə Mikoyan və Sisian (Qarakilsə) rayonlarında azərbaycanlılara məxsus bəzi yaşayış yerlərinin adı dəyişdirilib. 1945-1950-ci illərdə 80-dən çox toponim erməniləşdirilib. Ermənistan SSR ali soveti rəyasət heyətinin 1950-ci il 19 sentyabr tarixli fərmanı ilə dəmir yolu stansiyalarının da adı dəyişdirilib. Məsələn, Uluxanlı Masisə, Qəmərli Artaşata, Şirazlı Ayqavana çevrilərək erməniləşdirilib. 1951-1959-cu illərdə 20-dən çox, 1960-1979-cu illərdə 170 yaşayış yerinin adı dəyişdirilib. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları başladıqdan sonra azərbaycanlılar vəhşicəsinə deportasiya edilib və sonuncu adlar da erməniləşdirilib. Ermənistan respublikası ali soveti rəyasət heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə azərbaycanlılar yaşamış 94 məntəqənin adı dəyişdirilib. Beləliklə, respublika tam erməniləşdirilib.
“Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar dağıdılaraq yerlə-yeksan edilib. Bütün bunlar səbəbsiz deyil. Çünki 1918-ci ildə daşnak Ermənistanı erməni terror-siyasi təşkilatları tərəfindən qurulub. Bu dövlətin təməlində terror dayanır və bu, artıq dövlət ənənəsinə çevrilib. Ermənistan SSR-də kommunistlər hakimiyyətdə olmalarına baxmayaraq, daşnak siyasətini başqa formalarla həyata keçiriblər. İndiki Ermənistan respublikası da həmin ənənəni davam etdirir və terrorçuluq dövlət siyasətidir. 2018-ci ilə qədər bu ölkəyə terrorçular, uşaq başı kəsənlər, qatillər rəhbərlik ediblər. Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlər ediblər. Bu şəxslər, eyni zamanda, Ermənistanda ermənilərin özlərinə qarşı cinayətlər və hətta parlamentdə terror aktları törədiblər”, – deyə Musa Qasımlı diqqətə çatdırıb.

Loading...

close
close