Millət vəkili parlamentdə Tarif Şurasını YIXIB-SÜRÜDÜ: Dərhal ləğv edilsin və...

01.02.2021 12:25
7066

“Kimsə qazandığımız qələbəyə kölgə salır. Tarif Şurası toplaşır qiymət qaldırır. Biz isə camaatın içinə çıxa bilmirik”.

AZSABAH.COM xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.

O deyib ki, Tarif Şurasında kimlərin təmsil olunduğu, orada kimlərin olduğunu bilmir: “Toplaşıb qəfil qərar verirlər. Diqqət isə dövlətə qarşı çevrilir. Zəlzələnin də öncədən baş verəcəyi bilinmədiyi kimi, Taarif Şurasının da qərarları əvvəlcədən bilinmir”.

Deputat diqqəti konstitusiyanın 12 maddəsinə çəkərək xatırladıb ki, bu maddəyə əsasən hökumətin ali məqsədi vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir.

Sonda millət vəkilinin sözlərinə görə, Tarif Şurasını dərhal ləğv etmək və ya hansısa nazirliyin səlahiyyətinə vermək lazımdır.

Loading...