Məzuniyyətə gələn hərbçi faciəvi şəkildə HƏLAK OLDU

04.02.2024 15:43
373
Herbcimiz

Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

“Yeni Sabah” Unikal-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü hərbçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.