Metroda maska taxmayanlar cərimələnəcək - RƏSMİ

08.05.2020 17:24
5

“Karantindən öncə iş günlərində bir gün ərzində 800 min, şənbə günləri 600 min, bazar günü 450 min sərnişin daşınıb”.

AzSABAH.COM xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov deyib. 

O bildirib ki, il ərzində orta hesabla bir gün ərzində 650 min sərnişin daşınırdı: “Lakin yanvarda 39 milyon sərnişin daşınmaqla statistikada artım qeydə alınıb. Mart ayında isə daşınmalar azalıb, ümumi 12 milyon sərnişin daşınıb”. 

Sədr maska məsələsinə də aydınlıq gətirib: “Metropoliten stansiyalarında maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edəcək”.

Z. Hüseynov əlavə edib ki, metroda mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq: “Təmas olan yerlər, vestibüllər, tutacaqlar gündə 3 dəfə dezinfeksiya olunacaq”.

Loading...