Metroda DƏHŞƏTLİ HADİSƏ: QATARLAR TOQQUŞDU, YARALILAR VAR

11.10.2023 12:31
6524
6526625fcea23202310235247
Moskvada metro qatarları toqquşub.

AZSABAH.COM xəbər verir ki, hadisə Moskva metropoliteninin "Peçatniki" stansiyasında baş verib.

İki qatarın toqquşması nəticəsində maşinist yaralanıb. Sərnişinlər arasında yaralıların olduğu da deyilir.

Moskvanın Nəqliyyat Departamentindən verilən məlumata görə, “Lyublino” stansiyasından “Dubrovka” stansiyasına qatarların hərəkəti dayandırılıb. Hazırda “Mosmetro”nun bütün xidmətləri ərazidə nəqliyyatın hərəkətini bərpa etmək üçün çalışır.

Qəzanın səbəbləri araşdırılır.