Metro istifadəçilərinə MÜHÜM XƏBƏR: SABAHDAN ETİBARƏN...

05.09.2022 20:12
3777
Metro

Sabahdan oktyabrın 1-nə qədər "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş saat 23:30-da bağlanacaq.

AZSABAH.COM-a bu qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsi ilə bağlı işə başlanılmasıdır. Odur ki, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında qatarların hərəkəti vaxtından əvvəl məhdudlaşdırılacaq.