Messinin azərbaycanlı dostu haqda MARAQLI FAKTLAR - FOTOLAR

24.01.2024 00:38
600
65b024167c121202401243950

SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin sabiq rəisi Adnan Əhmədzadə argentinalı məşhur hücumçu Lionel Messinin yaxın dostudur.

Azsabah.com xəbər verir ki, o, lüks həyatını, məşurlarla dostluğunu sosial şəbəkələr vasitəsi ilə gündəmə gətirməkdən çəkinmir.

Əhmədzadənin ikinci həyat yoldaşı Gülsəfə Cəfərova sabiq hüquq təmsilçisinin qızı imiş.

Messi

32gun.az-ın əldə etdiyi məlumata görə, son dönəm daha çox işi adamı kimi təqdim edilən (etdirən) Adnan Əhmədzadə hüquq siyasəti şöbəsinin müdir müavini Osman Cəfərovun qızıdır.

Osman Cəfərov 2022-ci ildə dünyasını dəyişib. O.Cəfərov əslən Qazaxın Şıxlı kəndindən olub.

SOCAR

Mərhum gənclik illlərində təhsil almaq üçün Bakıya gəlib və bundan sonra ömrünün qalan həyatını paytaxtda yaşamağa davam edib. Onun övladlarından 1992-ci il təvəllüdlü Gülsəfa Cəfərov İngiltərədə təhsil alıb.

 adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - foto

Cütlüyün tanış olma hekayəsi də elə orada baş verib.

Son zamanlar cütlük hər yerə birlikdə gedir, istər Kann Film Festivalında “The İdol” filminin premyerasında, istərsə də digər dünya səviyyəli şəxslərin evlərinə qonaq gedərkən birlikdə boy göstərirlər.

SOCAR-ın

Adnan Əhmədzadənin sosial şəbəkədəki paylaşımlarından da görünür ki, o, məftunedici həyatında güzəştə getmir.

A.Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır.

Adnan Əhmədzadə lüks həyatını əks etdirən görüntüləri şəxsi instagram hesabında paylaşır.

Mətbuatda Əhmədzadələr ailəsinin Azərbaycanın milyardlarını, neftinin hesabına necə milyonçu olduğunu əks etdirən saysız-hesabsız məqalələr var.

Bu görüntülərlə A.Əhmədzadə birdən-birə və hansı yollarla varlandığını əks etdirən məqalələri təsdiqləmiş olur.

Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb. O, bu barədə özünün instaqram hesabında paylaşım edib.

Futbolçu iş adamını evində qonaq edib. Görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər.

Həmyerlimiz Messinin doğum günündə də iştirak etmişdi. A.Əhmədzadə futbolçuya Azərbaycan xalçası hədiyyə etmişdi.